Yuxarı

Güləşçimizin mükafatlandırma mərasimində qalmaqal - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 74 kq çəki dərəcəsində fərqlənən sərbəst güləşçilərin mükafatlandırma mərasimində qalmaqal baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən Çermen Valiyevi təltif edərkən ona nəsə deyib.

Mamiaşvilinin bu sözləri Valievin sərt reaksiyası ilə qarşılanıb. Güləşçi federasiya rəhbərindən gül dəstəsi və qızıl medalı könülsüz halda qəbul edib, federasiya rəhbərinin əlini itələyib. O, Albaniyanın dövlət himnini də əhvalı pozulmuş halda dinləyib.

Əslən osetiyalı olan Valiyev finalda Dünya Güləş Birliyinin bayrağı altında güləşən Rusiya təmsilçisi Zaurbek Sidakovu məğlub edib. Sidakov da milliyyətcə osetindir. Final qarşılaşmasının sonlarında mübahisəli epizod baş verib. Hakimlər epizodun video-təkrarına iki dəfə baxdıqdan sonra Valiyevə 2, Sidakova 1 xal verib və görüş Albaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:3. Sidakov döşəyi axsaya-axsaya tərk edib və mükafatlandırma mərasiminə də çətinliklə çıxa bilib. Valiyev isə Albaniya bayrağını çiyninə alaraq dövrə vurub.

Mamiaşvilinin Valiyevə Sidakovla görüşdə qızıl medala layiq olmadığını dediyi və mübahisəli epizodla bağlı irad tutduğu güman olunur.

Qeyd edək ki, 74 kq çəki dərəcəsində bürünc medallardan birini Azərbaycan yığmasının üzvü Ağanəzər Novruzov qazanıb. Digər bürünc medal isə daha bir osetin, Slovakiya təmsilçisi Saymuraz Salkazanova qismət olub. Beləliklə, bu çəki dərəcəsində fəxri kürsüdə üç osetin, bir azərbaycanlı yer alıb.

Tarix
2025.04.10 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla