
Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
21:41
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Futbol üzrə Misli Premyer Liqasında XXX tura start verilib.
Axar.az xəbər verir ki, açılış oyununda “Qarabağ” “ASCO Arena”da autsayder “Səbail”in qonağı olub.
Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar. Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Tarix
2025.04.11 / 21:40
|
Müəllif
Axar.az
|