Yuxarı

"Qarabağ"da futbolçular pula görə narazılıq edir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"da futbolçular pula görə narazılıq edir?

Komandada bəzi futbolçuların pul məsələsinə görə narazılıqlarının olduğuna dair xəbərlər həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kollektivdə hansısa oyunçunun yüksək maaş tələbi qarşılığında klubdan ayrılması halları indiyədək baş verməyib:

"Sadəcə, hər bir futbolçunun bəlli bir yaş dövründən sonra müəyyən addımı olur. Bəlkə daha yaxşı təklif gözləyir, daha yaxşı çempionatda oynamaq istəyir".

Qurbanov Yassin Benzia və Marko Veşoviçin "Qarabağ"a qarşı yüksək maddi tələblər irəli sürdükləri barədə xəbərləri təkzib edib:

"Benzia və Veşoviçlə bağlı pul söhbətində narazılığımız olmayıb. Onlar deməyiblər ki, bu qədər istəyirik və ya biz deməmişik ki, vermirik. Benzianın da Veşoviçin də öz çəkisi, hər birinin öz ədəbləri var, buna uyğun da danışıqlar prosesində nəyisə deyirlər. Amma “Kadi gəldi deyə, pulumu artırın” söhbəti etməzlər. Çünki ədəb-əxlaqları var. Ona görə belə fikir yoxdur. Sadəcə, bəzi futbolçularla bir ay deyil, bəzən ilboyu danışıqlarımız gedir və sonda razılaşırıq".

Təcrübəli mütəxəssisin sözlərinə görə, hər bir futbolçuya qərar vermək asan deyil:

"Çünki nə qədər məsləhət verənləri, yeni təkliflər edənləri olur. Futbolçu da beynində hansısa planlar qurur. Mən də onları anlayaraq azad buraxıram. Son gündə müqavilə bağlamaq lazım olsa, onda razılaşıram. Çünki, futbolçu ömrü qısadır. Onlar burada ürəklə çıxış edirlərsə, bu komandanın uğuru üçün sona qədər can qoyurlarsa, mən də hansısa kompromisə getməliyəm. Hər birinin öz yeri var. Bəzən yazılar həqiqəti əks etdirmir”.

Tarix
2025.04.28 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

Azərbaycanla sərhəddə 2200 ev boşaldılıb - Aleksanyan

İsrail xarici işlər naziri Milli Məclisdə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla