Yuxarı

Hemilton qələbəsini Əliyə həsr etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 üzrə Dünya Çempionatının iyunun 10-12-də keçirilən yeddinci yarışı – Kanada Qran-prisində "Mersedes"in britaniyalı pilotu Luis Hemilton qalib gəlib. Çempion cari mövsümdəki ikinci qələbəsini əfsanəvi boksçu Məhəmməd Əliyə həsr edib.

ANS-in məlumatına görə, yeddinci yarışda pilotlar Monrealdakı Jil Vilnöv trasında 4300 metrlik məsafədə 70 turda mübarizə aparıblar. Luis Hemilton yarışı 1 saat 31 dəqiqə 05 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5 saniyə geridə qalan Sebastian Vettel (Ferrari) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb.

Birincilik əldə edən pilot bu qələbəsini mərhum boksçu Məhəmməd Əliyə həsr etdiyin öz Tvitter hesabında paylaşıb. "Kəpənək kimi uç, arı kimi sanc. Bu, sənin üçündür, Məhəmməd", - deyən Luis qələbəsinə görə komandasına minnətdarlığını da çatdırıb.

Yeddinci Qran-pridən sonra "Mersedes"in digər pilotu Niko Rosberq 116 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ikinci qələbəsini qazanan L.Hemilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 9-a endirib və ikinci sırada qərarlaşıb. Onun hesabında 107 xal var.

Çempionatın növbəti – səkkizinci yarışı olan Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.

Tarix
2016.06.13 / 09:44
Müəllif
Axar.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla