Yuxarı

Çempionlar Liqasının formatında dəyişiklik edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün formatı və oyunların keçiriləcəyi tarixlər açıqlanıb.

Axar.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, yeni mövsümün reqlamentində dəyişiklik edilib.

Hazırda Yüksək Liqanın başa çatmasına 2 tur qalıb və Azərbaycan çempionu hələ məlum deyil. İlkin və əsas mərhələdə komandalar əvvəlki illərdəki kimi, hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Yenilik isə elit-raundun 1/8 və ¼ final mərhələləri ilə əvəzlənməsidir.

Yeni mövsümdə apreldə milli komandaların açıqlanan reytinq cədvəlinə uyğun olaraq (Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna) ilk 4 pillədə yer alan ölkələr hərəyə 2 komanda ilə təmsil olunacaq.

Rusiya klubları isə yarışa buraxılmayacaqlar.

Təqvim

İlkin və əsas mərhələnin püşkatması: 3 iyul

İlkin mərhələnin oyunlar: 26-31 avqust

Əsas mərhələnin oyunları: 28 oktyabr – 2 noyabr

1/8 final mərhələsinin püşkatması: 6 noyabr

1/8 final mərhələsinin oyunları: 24 noyabr və 5 dekabr

¼ final oyunları: 23 fevral və 6 mart

Final mərhələsi: 7 və ya 8, 9 və ya 10 may

İlkin mərhələ (26-31 avqust 2025)

Reytinq cədvəlinin aşağı pillələrində (iştirakçıların sayından asılı olaraq) yer alan komandalar mübarizəyə ilkin mərhələdən başlayacaq. Püşkdən asılı olaraq qruplarda komandaların sayı 4 və ya 3 olacaq.

Qrup qalibləri və saydan asılı olaraq ən yaxşı ikinci və ikincilər əsas mərhələyə yüksələcək.

Əsas mərhələ (26 oktyabr – 2 noyabr 2025)

A yolu

Burada turnirin sonuncu qalibi, ən yüksək reytinqə sahib 11 klub, eləcə də reytinq cədvəlinin 16 - 19-cü sıralarında yer alan 16 komanda iştirak edəcək. İştirakçılar hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcək. Hər qrupdan bir klub oyunlara ev sahibliyi edəcək. Reqlamentə əsasən, hər qrupda ilk 3 yeri tutan klub növbəti mərhələdə oynamaq hüququ qazanacaq.

B yolu

Reytinq cədvəlinin 12 – 15-ci pilləsində qərarlaşan 4 klub, həmçinin 20-ci pillədən sonrakı (ilkin mərhələdə iştirak etməyənlər), eləcə də ilkin mərhələdən vəsiqə qazananlar iştirak edəcəklər. Burada da 16 klub 4 qrupa bölünəcək. Ancaq birinci pilləni tutan komandalar (cəmi 4 klub) mübarizəni davam etdirəcək .

1/8 final (24 noyabr və 5 dekabr 2025)

Elit-raund ləğv olunduqdan - əsas mərhələdən sonra komandalar 1/8 final və ¼ finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib 2 oyunun ümumi nəticəsinə əsasən, cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək. Püşkatma isə noyabrın 6-da keçiriləcək.

¼ final (23 fevral və 6 mart 2026)

1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar ¼ finalda rəqib olacaqlar. Burada da qalib cütlüklər arasında keçiriləcək 2 oyunda müəyyənləşəcək.

Final turniri (7/8 və 9/10 may)

Final turnirində 4 komanda iştirak edəcək. Yenə yarımfinal oyunları keçiriləcək. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Tarix
2025.05.21 / 18:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla