
Niyə səhərlər pis əhvalla oyanırıq?
02:02
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Axar.az xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.
24 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.
Tarix
2025.06.20 / 21:10
|
Müəllif
Axar.az
|