
Prezidentlər Şahbulaq qalasında... - Foto
22:33
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı futbolçusu Dieqo Jotanın həyatını itirdiyi yol qəzasının görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, videoda qəza zamanı aşdıqdan sonra yanmış avtomobil də görünür.
Qeyd edək ki, qəza ötən gecə İspaniyanın Zamora əyalətində baş verib.
Dieqo Jotanın olduğu avtomobilin aşaraq alovlanması nəticəsində futbolçu ilə bərabər 26 yaşlı qardaşı Andre de Silva da həlak olub. Yüksək sürətlə hərəkətdə olan avtomobil digər avtomobili ötmək istəyərkən təkəri partlayıb. Nəticədə yoldan çıxaraq aşan avtomobil alışıb. Dieqo Jota və qardaşı maşından çıxa bilməyib və həyatlarını itiriblər.
Əlavə edək ki, Jota bu il iyunun 22-də ailə həyatı qurub.
Tarix
2025.07.03 / 15:08
|
Müəllif
Axar.az
|