Axar.az
Yuxarı

Arakelyan: “Qalib Azərbaycandır, Ermənistan deyil”

Ana səhifə İntervyu
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni yazıçısı və publisisti, Ermənistanda qadağan edilmiş bir sıra kitabların müəllifi Arakel Arakelyan (Geheni Arakel) – yalnız Ermənistanın özündə deyil, onun hüdudlarından çox-çox kənarda da məşhur şəxsiyyətdir.

Keçmiş baş nazir Vazgen Sərkisyanın, keçmiş prezident Robert Köçəryanın və hazırda hakimiyyətdə olan Ermənistan iqtidarının sərt tənqidçisi kimi ad qazanmış A.Arakelyan öz xalqına bəzən xoş olmayan həqiqətləri çatdıran bir insandır.

Haqqin.az-a müsahibəsində A.Arakelyan Ermənistanla Azərbaycan arasında sülh platformasını dəstəklədiyini bildirib və Qarabağ məsələsinin müasir erməni cəmiyyətində yaratdığı təəssüratlardan danışıb.

- Bu yaxınlarda Bakıda erməni və azərbaycanlı hüquq müdafiəçilərinin və ictimai fəalların təşəbbüsü ilə “Ermənistanla Azərbaycan arasında sülh platforması” yaradılıb. Bu layihəni dəstəkləyirsinizmi?

- Təbii ki, dəstəkləyirəm və istənilən sülhməramlı proseslərə şadam. Son zamanlar bir çoxlarında elə fikir formalaşıb ki, Dağlıq Qarabağ məsələsi artıq həlli mümkün olmayan mərhələdədir. Buna baxmayaraq, mən qətiyyən belə düşünmürəm.

Etiraf edim ki, 25 ildən artıq müddətdə münaqişəni beynəlxalq vasitəçilərin köməyi ilə həll etmək üçün bütün cəhdlərin iflasa uğraması nəticəsində bu problemin diplomatik səylər nəticəsində həllini tapacağına az inanıram. Bakı platformasına gəlincə isə, burada vurğu xalq diplomatiyasınadır, başqa sözlə, ictimai sektora. Kim bilir, bəlkə elə iki ölkənin qarşıdurmasının islah edilməsinə gedən ən doğru yol budur – siyasətçilər deyil, xalqlar müzakirə aparırlar. Şübhə etmirəm ki, bir müddət sonra xalqlarımızda gələcəyimiz, uşaqlarımız üçün məsuliyyət hissi baş qaldıracaq və bu, sülh yolunda hiss olunan addımların atılmasına gətirib çıxaracaq.

- Sizcə, Qarabağ müharibəsinin nəticəsində Ermənistan və erməni xalqı nəsə qazandımı?

- Bunu düşünmək belə axmaqlıqdır ki, müharibələr, yaxud millətlərarası münaqişələr xalqa nəsə verə bilər. Müharibələr yalnız alır, yeyir və məhv edir.

Hamı çoxdan anlamalı idi ki, Qarabağ müharibəsi böyük faciədir – həm ermənilər, həm də azərbaycanlılar üçün. Bu müharibədə həm Ermənistan, həm də Azərbaycan uduzub. Anlamaq acı verir ki, 25 il ərzində Ermənistan vətəndaşlarını aldadıblar, onlara təlqin ediblər ki, qalib gəliblər, bu müharibədə qələbə ermənilər tərəfdədir. Eyni zamanda, Azərbaycanda çoxları düşünür ki, müharibəni uduzublar. Əslində isə, bu müharibədə qalib Azərbaycandır, Ermənistan deyil. Çünki məhz bu müharibənin nəticəsi olaraq, bizdə cinayətkarlar peyda olub ki, xalqımızı və ölkəmizi talayırlar.

- Bəs hazırkı Ermənistan hakimiyyəti öz ölkəsinin vətəndaşlarını hara aparır?

- Düşünürəm ki, bu suala kifayət qədər aydın cavab verdim. O ki qaldı Sarkisyanın şəxsən özünə, Azərbaycan hakimiyyəti onu istənilən an məhv edə bilər. Deyim necə. Zənnimcə, Azərbaycan üçün keçmiş Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin ştatdankənar agenti, sadə dillə desək, çuğulu olan Serj Səkrisyan barədə bəzi arxiv materiallarını dərc etmək elə də çətin deyil.

Əminəm ki, onun bütün donosları, raportları ölkənin xüsusi xidmət orqanlarının arxivlərində qalmaqdadır. İnanıram ki, onun həmkarları, iş yoldaşları da agent Sarkisyan barədə maraqlı şeylər danışa bilərlər. Ümidvaram ki, bu müsahibədən sonra Azərbaycan hakimiyyəti bəzi arxiv məlumatlarının dərcini bir az tələsdirər.

- Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bir dəfə bildirmişdi ki, “ermənilərlə azərbaycanlılar genetik cəhətdən uyuşmaz xalqlardır”...

- Xatırlatmaq istərdim ki, Robert Köçəryan, elə Serj Sərkisyan və Seyran Ohanyan kimi, Azərbaycan SSR-in vətəndaşları olublar. Bu səbəbdən, Azərbaycan məhkəmələri bu üçlüyə qarşı xeyli sayda cinayət işi qaldıra bilər.

Azərbaycanda bu barədə açıq danışmaq olar, Ermənistanda və Qarabağda isə çoxları bu barədə düşünməyə belə qorxurlar.

O ki, qaldı Köçəryanın sözlərinə, düşünmürəm ki, azərbaycanlılar bu savadsız idiotun sayıqlamasını ciddi qəbul ediblər. O, heç öz fikirlərini də normal şəkildə çatdıra bilmir.

Uyuşmaz xalqlar ümumiyyətlə mövcud deyil, o ki, ola əsrlərlə çiyin-çiyinə yaşamış ermənilərlə azərbaycanlılar.

- Ermənistana son səfəriniz barədə təəssüratlarınızı bölüşməyinizi istərdik.

- Qısaca desəm, hakimiyyət xalqı heyvana çevirib və indi öz cinayətkar əməlləri üçün ondan istifadə etməyə hazırlaşır. Yeganə ümidim onadır ki, yaratdıqları bu heyvan onların özlərini yeyəcək.

- Bakıya mümkün dəvətə və “Bakı sülh platforması” forumlarından birinin iştirakçısı olmaq perspektivinə necə baxırsınız?

- Hesab edirəm ki, sualınız artıq dəvətdir. Amma açığını desəm, bu sülh prosesinə hansısa faydamın toxunacağına inanmıram. O insan deyiləm.

Lakin çox ümid edirəm ki, platforma müvəffəqiyyət qazanacaq və mən nə vaxtsa Ermənistanla Azərbaycan arasında sülhdən yaza viləcəyəm.

Tarix
2017.01.13 / 22:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Ələsgərov Prezidentin sərəncamını şərh etdi

"Qarabağ"ın işlərinə qarışmaq istəməzdim - Mircavadov

Əliyevin bu təşəbbüsü zərurətdən irəli gəlib - Səfir

Azərbaycan bütün dünyaya göstərir ki... - Boroda

Bu qurumda təlim, yarmarka, məsləhət pulsuzdur - Müsahibə

Paşayev: "Taekvandoçularımız uğur qazanacaqlar"

Bizə qarşı sistemli iş gedir – “Qəbələ” rəsmisi qəzəbləndi

İŞİD əsirliyində olmuş isveçli fotoqraf Axar.az-da - İntervü

O, bəxti gətirməyən böyük istedad idi...

Türkmanlara vurulan zərbələrin arxasında İranın əli var - Sadiq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla