Yuxarı

Bu türk ölkəsi ilə ticarətimiz 88% artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi ilə ticarətimiz 88% artdı

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırdığını bildirib. Son illər türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi regionun geosiyasi mövqeyini daha da artırıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Son 5 ildə Azərbaycanla Özbəkistan arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq 2024-ci ildə 252 milyon dollara çatıb. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına qalxıb”, - o bildirib.

Bayramov vurğulayıb ki, bu il də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub saxlanılacaq:

“Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər.

Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb. Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.

Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir”.

Tarix
2025.11.14 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

Prezidentdən Naxçıvan səfəri ilə bağlı - Video

İrana ikinci dəmir yolu xətti açılacaq - İlham Əliyev

Hazırda Təbriz səmasında qeyri-adi işıq görülür - Video

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla