Yuxarı

“Bank Standard”ın əmanətçilərinə şad xəbər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bank Standard”ın əmanətçilərinə şad xəbər

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, lisenziyası ləğv edilmiş "Bank Standard" Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə oktyabrın 11-dən saat 10:00-dan etibarən başlanılacaq.

Palatadan Axar.az-a verilən məlumata görə, "Bank Standard" KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilkin mərhələdə 20 min ABŞ dollar məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda, yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar "Əmanətlərin Sığortalanması haqqında" qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq. Kompensasiyaların ödənişi "Bank Standard" KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

"Bank Standard" KB-də qorunan əmanətlərin hamısı tam şəkildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər 1 il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər.

Tarix
2016.10.10 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Türkiyəyə başsağlığı verdi

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla