Yuxarı

Evlərin qiyməti ucuzlaşır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evlərin qiyməti ucuzlaşır

Gələn il Azərbaycanda avtomobil bazarında bahalaşma, mənzil və torpaq sahələri bazarında isə ucuzlaşma gözlənilir.

Report-un analitik qrupu hesab edir ki, gömrük rüsumlarının son artımı avtomobillərə də aid ediləcək. Bundan başqa, dolların məzənnəsinin artması digər idxal olunan məhsullar kimi avtomobillərin də qiymətinə təsir edəcək.

Daşınmaz əmlakın qiymətində isə 2017-ci ildə geriləmə gözlənilir ki, bunun da əsas səbəbi əhalinin real gəlirlərinin azalması ilə bağlıdır:

"İdxal mallarının manat ekvivalentində bahalaşması, kommunal xərclərin artması əhalinin real gəlirlərini azaldır. Gələn ilin büdcəsində dövlət əsaslı investisiya qoyuluşlarının 1,14 mlrd. manat və ya 38% azalması nağd pul kütləsi ilə bərabər iqtisadi artıma da mənfi təsir edəcək. Qlobal maliyyə böhranı səbəbindən xarici investisiyaların azalması amili də gəlirlərin azalmasına ciddi təsir göstərəcək. Büdcədə həmçinin sosial müdafiə, mədəniyyət və kommunal xərclərin ümumilikdə 1 mlrd. manata yaxın azaldılması nəzərdə tutulub".

"Sadalanan amillər əhalinin yığım səviyyəsini aşağı salacaq. Nəticədə, daşınmaz əmlak sektorunda durğunluq yaranacaq. Əgər son iki ildə daşınmaz əmlak qiymətləri əhalinin neft bumu zamanı yığımların xərclənməsi hesabına azalmırdısa, 2017-ci ildən etibarən bu tendensiyanın bitməsinin şahidi ola bilərik", - analitiklər qeyd ediblər.

"Report"un ekspertləri Azərbaycanda dolların məzənnəsinin 1,60-1,70 AZN/USD səviyyəsində qalacağı təqdirdə daşınmaz əmlak qiymətlərinin 10-15%, məzənnənin 2,00 AZN/USD-yə doğru artacağı halda isə qiymətlərin 5% düşəcəyini proqnozlaşdırırlar:

"Qlobal maliyyə bazarındakı vəziyyətlə əlaqədar olaraq daşınmaz əmlak qiymətlərinin daha çox azalması, avtomobillərin isə məzənnəyə uyğun olaraq daha çox artması mümkündür".

Tarix
2016.10.11 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla