Yuxarı

Ləğv olunan bankın əmanətçilərinə xoş xəbər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ləğv olunan bankın əmanətçilərinə xoş xəbər

Lisenziyası ləğv edilən "Bank Standard" Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir və artıq 2000-dən çox əmanətçiyə ödəniş edilib.

Maliyyə bazarlarına Nəzarət Palatasından Axar.az-a verilən məlumata görə, "Bank Standard" KB-nin əmanətçilərinin sayının çox olmasını və sosial ardıcıllığı nəzərə alaraq, əmanətçilərin rahatlığının təmin olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk mərhələdə 20 min ABŞ dolları məbləğinədək qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilirdi. Oktyabrın 13-dən artıq 50 min ABŞ dolları məbləğində olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb.

Oktyabrın 17-dən etibarən isə məbləğindən asılı olmayaraq bütün qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək.

Qorunan əmanətlər öz valyutasında ödənilir. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Kompensasiyaların ödənişi "Bank Standard" KB-nin, baş ofisi daxil olmaqla, Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Tarix
2016.10.13 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Ermənistan-Azərbaycan sərhədində yanğın

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

Yeni başçı kollektivə təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla