Yuxarı

SOCAR Gürcüstanda yeni xidmət mərkəzi açdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR Gürcüstanda yeni xidmət mərkəzi açdı

SOCAR Energy GAS MMC Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş Xidmət mərkəzini açıb.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, açılış mərasimində SOCAR Energy Georgia MMC-nin baş direktoru Mahir Məmmədov, İmereti rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, hazırda şirkətin İmeretidə 134 276 abonenti var və ilin sonuna kimi daha 4 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir. Müasir avadanlıqlarla təchiz olunmuş ofis abonentlərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq, operativ və dəqiq uçot və qeydiyyatın aparılmasını, təbii qazdan istifadə ilə bağlı hesabatların hazırlanmasını təmin edəcək. Yeni texnika və texnologiyalar sənədlərin elektron variantının hazırlanması, ziyarətçilərin qəbulu kimi prosedurları asanlaşdıracaq və sürətləndirəcək. Qəbul zamanı avtomatlaşdırılmış növbəli proses metodundan istifadə ediləcək. Yeni mərkəzin personalı xidmətin keyfiyyət standartları üzrə treninqlər keçib.

Hazırda Batumi, Poti, Rustavi və Kutaisidə abonentlərə xidmət üzrə müasir mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzi ofislərlə yanaşı Gürcüstanın qaz istifadəçiləri "SOCAR Energy Georgia" abonentləri olan digər regionlarında da 40 xidmət mərkəzi var. Mərkəzlərin abonentlərə yaxınlığı istehlakçılara operativ və effektiv xidmət göstərilməsini, onların müraciətlərinə vaxtında cavab verilməsini təmin edir.

"SOCAR Energy GAS" Gürcüstan hökuməti ilə imzalanmış saziş çərçivəsində növbəti illərdə də bütün ölkə ərazisində, o cümlədən İmereti rayonunda yaşayış məskənlərinin qazlaşdırılması ilə bağlı tikinti işlərini davam etdirəcək.

Tarix
2016.10.13 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla