Yuxarı

Əmanətçilərə 323 milyon ödənildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 323 milyon ödənildi

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 13 oktyabr 2016-cı il tarixdə Parabank ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 17 mln. 977 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 849 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 501 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Axar.az-a verilən məlumata görə, 13 oktyabr 2016-cı il tarixdə Atrabank ASC-nin qorunan əmanətçilərinə 13 mln. 869 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 715 min manatdan artıq kompensasiya ödənilib.

13 oktyabr 2016-cı il tarixdə Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

13 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC Bank Standard KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 58 mln. 12 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 323 mln. 268 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.14 / 09:38
Müəllif
Günay Ali
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla