Yuxarı

8 ayda Azərbaycanın gəlirləri nə qədər olub?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 ayda Azərbaycanın gəlirləri nə qədər olub?

Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 8281,4 milyon manat, xərcləri 9348,5 milyon manat təşkil edib. Büdcənin icrasında 1067,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,8 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a bildiriblər ki, daxilolmaların 25,9 faizi əlavə dəyər vergisi, 14,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 9,4 faizi fiziki şəxslərin gəlir vergisi, 5,0 faizi aksizlər, 11,7 faizi digər vergilər, 33,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 18,8 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 17,3 faizi ümumi dövlət xidmətləri, 15,4 faizi sosial müdafiə və sosial təminat, 15,3 faizi təhsil və səhiyyə sahələrinin, 33,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 10103,1 milyon manat, xərcləri 10622,2 milyon manat təşkil edib, büdcənin icrasında 519,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər kəsir yaranıb.

Tarix
2016.10.18 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla