Yuxarı

Əmanətçilərə 498 milyon ödənildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 498 milyon ödənildi

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 19 oktyabr 2016-cı il tarixdə Parabank ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 50 mln. 977 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 743 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Axar.az-a verilən məlumata görə, 19 oktyabr 2016-cı il tarixdə Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.

19 oktyabr 2016-cı il tarixdə Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

19 sentyabr 2016-cı il tarixə Bank Standard QSC-nin qorunan əmanətçilərinə 232 mln. 469 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 498 mln. 126 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.20 / 09:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla