Yuxarı

Neft qiymətləri bu ölkəyə görə enir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft qiymətləri bu ölkəyə görə enir

Bazar ertəsi səhər neft qiymətləri yenidən düşüb.

Axar.az xəbər verir ki, bu, İraqın OPEK-in neft hasilatının azaldılması ilə bağlı tədbirlərinə qoşulmaq istəmədiyini elan etməsindən sonra baş verib. Qiymətlərin enməsinin digər səbəbi isə ABŞ neftçilərinin yenidən işə başlamasıdır.

Nyu York birjasında cümə gününün sonunda "Brent" markalı xam neftin bir barreli 51.59 dollara satılıb. Bu da əvvəlki günün sonuna nisbətən 19 sent, yaxud 0.4 % aşağıdır.

Qərbi Texas xam neftinin qiyməti isə 22 sent, yaxud 0.4% düşərək bir barreli 50.63 dollara çatıb.

Qeyd edək ki, OPEK hasilatı sutkada 32.50 milyon – 33 milyon barrel civarında saxlamağı planlaşdırır. Halbuki sentyabrda bu göstərici sutkada 33.39 milyon barrel idi.

Ancaq OPEK-in Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük hasilatçısı olan İraqın iştirakdan imtinası bu planın gerçəkləşməsini çətinləşdirir. Ötən gün İraq neft hasilatının sutkada 4.774 milyon barrel, ixracatın isə 3.87 milyon barrel olduğunu bildirib.

İraqın Dövlət Neft Marketinq Şirkətinin rəhbəri Falah Əmiri açıqlamasında hasilatın azaldılmayacağını bildirib.

Bazara təzyiq göstərən amillərdən biri də ötən həftə ABŞ-da daha 11 neft buruğunun qurulmasıdır. Bu, avqustdan bəri ilk ikirəqəmli artımdır.

Dollar indeksinin güclənməsi də neft qiymətlərinin azalmasına səbəb olur. Daxildə öz milli valyutalarını işlədən ölkələr nefti dollarla aldıqlarından dolların bahalaşması onları daha çox neft almaqdan çəkindirir. Bu isə yenə də özünü neft qiymətlərinin düşməsində göstərir.

Tələbə gəlincə, Yaponiyanın xam neft idxalı sentyabr ərzində ötən ilin eyni ayına nisbətən 4.6 faiz enərək sutkada 3.27 milyon barrelə çatıb. Lakin ekspertlər aşağı qiymətlərə baxmayaraq, hasilat-istehlak balansının bərpa oluna biləcəyini deyirlər.

Tarix
2016.10.24 / 16:36
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla