Yuxarı

Nazir qubernatorla görüşdü - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir qubernatorla görüşdü - Foto

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan ilə Tümen vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının idxal və ixrac proseslərinin səmərəliliyinin artırılması görüşün əsas müzakirə mövzularından olub.

H.Əsədov Azərbaycanın Rusiya ilə ənənəvi olaraq iqtisadi, siyasi, o cümlədən aqrar sahədə geniş əlaqələrə malik olduğunu vurğulayaraq, kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi kimi ölkə başçısının daima diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Nazir Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini qonağın nəzərinə çatdırıb.

Görüşdə nazir ölkənin ixrac potensialı ilə bağlı geniş məlumat verərək Azərbaycan ilə Tümen vilayəti arasında kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Vilayətin kənd təsərrüfatı məhsullarına olan tələbatının Azərbaycan məhsulları ilə vaxt və xərc itkisini azaltmaqla təmin olunmasının mümkünlüyünü qubernatorun diqqətinə çatdırıb. H.Əsədov Tümen vilayətinin ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarının, idxal və ixrac potensialı əsasında öncədən müəyyənləşdirilərək, Tümen vilayətinin sahibkarlarının birbaşa sifarişi əsasında Azərbaycandan qarşı tərəfə ixrac olunmasını təklif edib.

Tümen vilayətinin qubernatoru V.Yakuşev görüşdən məmnun qaldığını ifadə edərək görüş zamanı nazir tərəfindən irəli sürülən təklifin təqdirəlayiq olduğunu qeyd edib.

Görüşün sonunda qeyd olunan məsələlər ilə bağlı işçi qrupu səviyyəsində qarşılıqlı müzakirələrin aparılmasına ilkin razılıq ədə olunub.

Tarix
2016.11.02 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla