Yuxarı

ASAN Xidmət sahibkarlara 3082 lisenziya verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN Xidmət sahibkarlara 3082 lisenziya verdi

2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən ASAN Xidmət mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.

APA-nın məlumatına görə,ötən bir il ərzində İqtisadiyyat Nazirliyi tərəfindən ASAN Xidmət mərkəzləri vasitəsilə sahibkarlara 1584 yeni lisenziya verilib, 1498 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Ümumilikdə bu dövrdə sahibkarlıq subyektlərinə 3082 lisenziya verilib. Bu lisenziyaların 2719-u Bakı şəhərinin, 363-ü isə regionların payına düşür.

Lisenziyalar təhsil, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, baytarlıq preparatlarının satışı, bitkiləri mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması, təmiri və s. fəaliyyət sahələrinə verilib.

Sahibkarlar lisenziya alınması prosesinin sadələşdirilməsindən və şəffaf həyata keçirilməsindən razılıqlarını və sahibkarlara göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2016.11.05 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Efiopiya baş nazirini təbrik etdi

Azərbaycan xalqının milli azadlıq iradəsi... – Qafarov

Nikol yenidən seçilmək üçün tam dəstəyimə malikdir

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla