Yuxarı

Fond 681 milyon ödədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond 681 milyon ödədi

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 42 mln. 756 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 52 mln. 242 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 26 mln. 925 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 16 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 mln. 939 min manatdan artıq kompensasiya verilib.

Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 mln. 179 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.

Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.

Bank Standard QSC-nin qorunan əmanətçilərinə 394 mln. 613 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 mln. 760 min manatdan artıq kompensasiya ödənilib.
Sosial səhifələrdə paylaş

Tarix
2016.11.08 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla