Yuxarı

Bakıdakı məşhur geyim mağazası bağlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı məşhur geyim mağazası bağlandı

Dünyanın tanınmış geyim mağazası brendlərindən sayılan "Marks & Spencer" şirkəti Bakıdakı dükanını bağlayıb.

Axar.az Fins.az-a istinadən məlumat verir ki, Bakının dəbdəbəli "Port Baku" ticarət mərkəzində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb.

Şirkətdən bağlanma səbəblərilə bağlı açıqlama verilməsə də, böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır.

Qeyd edək ki, Bakı bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil. Son məlumatlara görə, "Marks & Spencer" qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev əşyaları mağazasını bağlayacaq. Bu qərarın verilməsinə səbəb ilin birinci yarısında gəlirlərinin azalması olub.

İlk 6 ayda "Marks & Spencer"in vergiqoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq (287,3 mln. dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır.

"Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib 60 mağazamızı bağlayacayıq", - şirkətin açıqlamasında deyilib.

Əvəzində "Marks & Spencer" "Simply Food" ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür.

Xatırladaq ki, "Marks & Spencer" 1884-cü ildən fəaliyyət göstərir.

Tarix
2016.11.08 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla