Yuxarı

Azərbaycan Belqradda da yol çəkəcək - Stoyanoviç

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Belqradda da yol çəkəcək - Stoyanoviç

"AzVirt" şirkəti Serbiyada böyük bir layihənin həyata keçirilməsində – Belqrad ətrafında dolama yolun tikintisində iştirak edəcək.

AzərTac-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinə müsahibəsində Serbiyanın tikinti, infrastruktur və nəqliyyat nazirinin müavini Saşa Stoyanoviç bildirib.

Serbiyalı nazir müavini Azərbaycanın "AzVirt" şirkətinin çəkdiyi yolla bağlı bunları deyib: "Yol dünya və Avropa standartlarına uyğun inşa edilib. "Azvirt" şirkəti və Azərbaycan səfirliyinin nümayəndələri ilə çox yaxşı əməkdaşlığımız var. Hamı vahid komanda kimi işlədi və yolun vaxtında açılması üçün böyük səy göstərdi".

S.Stoyanoviçin sözlərinə görə, yolun planlaşdırılan hissəsinin inşasının tamamlanması Azərbaycan şirkəti ilə əməkdaşlığın sonu olmayacaq. "AzVirt" daha böyük bir layihədə – Belqrad ətrafında dolama yolun tikintisinin tamamlanmasında da iştirak edəcək.

Saşa Stojanovic 2012-ci ildə Serbiya və Azərbaycan hökumətləri arasında imzalanan 300 milyon avroluq kredit sazişini çox faydalı sənəd adlandırıb. Bu saziş sayəsində 40 kilometrlik yolun tikintisi həyata keçirilib. Nazir müavini deyib: "Kredit sazişinin Serbiya üçün böyük əhəmiyyəti var. Çünki bu saziş planlaşdırılmış infrastruktur obyektlərinin müəyyən hissəsinin tikintisinə imkan yaradıb".

S.Stoyanoviç qeyd edib ki, "AzVirt"in bu layihə çərçivəsində gördüyü işlər bu regiona gözəl töhfə oldu. Gələcəkdə planlaşdırılan digər layihələrdə də şirkətin iştirak edəcəyinə inandığını bildirən nazir müavini ölkələrimiz arasında çoxsaylı iqtisadi maraqlar və əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb.

Tarix
2016.11.09 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla