Yuxarı

SOCAR-dan "Petrol Ofisi"nin alışına dair - Rəsmi təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-dan "Petrol Ofisi"nin alışına dair - Rəsmi təklif

Avstriyanın OMV şirkətinin Türkiyədəki törəməsi olan "Petrol Ofisi"nin alışına dair 3 şirkət rəsmi təkliflərini verib.

APA xəbər verir ki, bunu Blumberq agentliyi 3 mənbəyə istinadən yazır.

Agentliyin mənbələri bildirir ki, "Petrol Ofisi"ni almaq üçün "Saudi Aramco", SOCAR və OPET ("Koç Holding"in törəməsi) rəsmi qaydada OMV-yə müraciət edib.

Bildirilir ki, "Saudi Aramco" danışıqlar prosesinə HSBC bankını cəlb edib.

OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) ötən gün bildirib ki, onun rəhbərlik etdiyi şirkətə "Petrol Ofisi"ni almaq istəyən şirkətlərdən təkliflər daxil olub: "Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. "Petrol Ofisi"nin satışına dair ilk təklifləri almışıq".

Qeyd edək ki, SOCAR "Petrol Ofisi"nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu "Reuters" agentliyinə "SOCAR Türkiye Enerji A.Ş."-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

V. Əliyev əlavə edib ki, "Petrol Ofisi" yayda SOCAR-a informasiya memorandumunu təklif edib. "Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik", - deyə o bildirib.

İdarə Heyətinin sədri detalları açıqlamayıb.

SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.

Cari ilin fevral ayında OMV "Petrol Ofisi"nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil.

"Petrol Ofisi"nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.

Tarix
2016.11.10 / 23:08
Müəllif
Axar.Az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla