Yuxarı

SOCAR Rumıniyada məntəqə açdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR Rumıniyada məntəqə açdı

Martın 21-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Kluj şəhərində "SOCAR" brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

Açılış mərasimində Rumıniyanın sabiq Baş naziri, hazırda Kluj şəhərinin meri Emil Bok, şəhər icra hakimiyyətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan Azərbaycanlılar, "SOCAR- Petroleum" şirkətinin əməkdaşları, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Açılış mərasimində "SOCAR-Petroleum" şirkətinin rəhbəri Həmzə Kərimov çıxış edib.

Bildirib ki, Kluj şəhərində yeni yanacaqdoldurma məntəqəsinin açılması ilə "Socar Petroleum" şirkətinin Rumıniyanın Transilvaniya bölgəsində genişlənməsi davam edir. Hazırda bu bölgədə şirkətin daha bir neçə YDM-lərinin tikintisi davam edir ki, onlar da bu il ərzində istifadəyə veriləcəkdir. 2014-cü ildə şirkət 8 yeni YDM istifadəyə vermiş və bu genişlənmə dinamik tempdə davam edəcəkdir. Bununlada işçilərimizin sayı 400 nəfəri keçib.

Geniş torpaq sahəsinə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir.

Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada, həmçinin market, "NAR" kafe fəaliyyət göstərəcək, müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaqdır. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 27-yə çatıb.

Xatırladaq ki, Avropa Gənclər Paytaxtı adını qazanmaq uğrunda keçirilən müsabiqədə səsvermə zamanı məhz Kluj şəhərinin Azərbaycanı dəstəkləməsi və həlledici səsi Gəncənin 2016-cı ilin Avropa paytaxtı seçilməsinə səbəb olub. (Trend)

Tarix
2014.03.21 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla