Yuxarı

Bu il siqaretin qiyməti dördüncü dəfə qalxdı – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il siqaretin qiyməti dördüncü dəfə qalxdı – Səbəb

"Hazırda elektron siqaretlərin qiyməti 120 manatdır".

"Axar.az" xəbər verir ki, bunu siqaretin bahalaşmasının səbəblərinə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:

"Ölkədə siqaretin bahalaşması bir neçə səbəbdən ola bilər. Onlardan birincisi dünya bazarında tütünün qiymətinin qalxması, digəri dünyada və Azərbaycanda aksiz vergilərinin artması və Azərbaycan bazarında bu sahə ilə məşğul olan şəxslərin sövdələşməsidir. Bir sözlə, bu bazarın monopoliyada olması qiymət artımının əsas səbəblərindəndir".

Siqaretə tələbatın artması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirən ekspert hesab edir ki, bu məsələ o qədər də inandırıcı deyil: "Araşdırmalarımıza görə, ölkədə tütün məhsullarına tələbat azalmaqdadır. Azad İstehlakçılar Birliyi olaraq bu vaxta qədər yeddi filtrsiz siqaret istehsalı ilə məşğul olan fabriki bağlatdırmışıq. Biz həm də radiasiyalı "LD" və "Novosti" siqaretlərin bazardan çıxarılmasına nail olmuşuq. Hesab edirəm ki, siqaretin bahalaşması ona qarşı tələbatın azalmasına da təsir edə bilər".

E.Hüseynov elektron siqaretlərin qiymətlərinin bahalaşmasından və onlardan istifadənin artmasından narahat olduğunu bildirdi: "Mən bu siqaret qalmaqalı ətrafında elektron siqaretlərin qiymətinin qalxmasından və ona tələbatın artmasından narahatam. Hazırda elektron siqaretlərin qiyməti 120 manatdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, həmin siqaretlər bazara tütün məmulatı kimi daxil olmur. Əslində isə tərkibində nikotin maddəsi olduğu üçün tütün məhsulu kimi satılmalıdır".

Xatırladaq ki, dünəndən etibarən bəzi siqaretlərin qiymətində artım müşahidə edilir. Belə ki, "Kent" markalı siqaret 10-20 qəpik qalxıb. Əslində, ilin əvvəlindən bu yana 4-cü dəfədir ki, siqaret artır. Satıcılar siqaretin qiymətinin topdansatış məntəqələrində də artdığını deyir.

Tarix
2014.04.02 / 18:11
Müəllif
Tural İbadov
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla