Yuxarı

ABŞ-da qadınlar bir gün işləməsə, nə olar?..

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da qadınlar bir gün işləməsə, nə olar?..

Dünyada bütün xanımların hüquqları qorunsa, qlobal ümumi daxili məhsulda (ÜDM) 2025-ci ilədək əlavə olaraq 12 tirlyon dollar artıma nail olmaq mümkün olar.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bu qənaətə MakKinsey Qlobal İnstitutu gəlib:

“Aydındır ki, gender qeyri-bərabərliyi yalnız mənəvi və sosial deyil, eyni zamanda, iqtisadi problemdir. Hətta qlobal əmək bazarında xanımların kişilər ilə eyni hüquqları olsaydı, bu, ÜDM-in 28 faiz artmasına gətirib çıxara bilərdi. ABŞ-da 18 trilyon dollarlıq ÜDM-in 7,6 tirlyon dollarını xanımlar formalaşdırır. Sözügedən ölkədə xanımlar sadəcə bir gün işləməsə, bu, iqtisadiyyata 21 milyard dollar ziyan vurar. Bu, əslində, xanımların iqtisadi gücünün ən yaxşı göstəricisidir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda xanımların iqtisadiyyata töhvəsi hesablanmasa da, güman etmək çətin deyil ki, xanımlarınızın elmi və iqtisadi potensialından hələ də tam istifadə edilmir:

“Təhsilli, iqtisadi baxımdan özünü təmin edən xanım cəmiyyətin inkişafı və gender bərabərliyinin formalaşması baxımdan çox vacibdir”.

Tarix
2017.03.09 / 10:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla