Yuxarı

Lukoil və SOCAR Türkiyə şirkətlərinə yatırım edir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin pərakəndə neft məhsulları bazarı “Lukoil” şirkəti üçün cəlbediciliyini qoruyur.

APA xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, baş təchizat və satış üzrə böyük vitse-prezident Vadim Vorobyov bildirib.

Onun sözlərinə görə, "Lukoil” bu məqsəd üçün artıq 1 mlrd. dollar ayırıb. V. Vorobyov qeyd edib ki, Türkiyənin yanacaq neft məhsulları bazarı şirkət üçün strateji əhəmiyyətə malikdir.

“Şirkətimiz Türkiyə bazarında iştirak payının artırılması üçün yollar axtarır. Biz SOCAR rəsmiləri ilə üçüncü şirkətlərin aktivlərinin alışını müzakirə etmişik. Hələlik bununla bağlı konkret qərar qəbul olunmayıb”, - deyə o bildirib.

V. Vorobyov əlavə olaraq bildirib ki, “Lukoil” Türkiyənin pərakəndə yanacaq bazarının 5-6 faizinə nəzarət edir. “2000-2010-cu illərdə Türkiyə bazarı Avropa bazarından daha əlverişli idi. Lakin sonradan yerli qanunvericiliyə olunan dəyişiklik vəziyyəti dəyişdi. Buna baxmayaraq, Türkiyə bazarı cəlbediciliyini qoruyur”, - deyə o qeyd edib.

Tarix
2017.08.14 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla