Yuxarı

“Kapital Bank”ın yenilənən filialı istifadəyə verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qobustan filialının yenilənmiş ofisini istifadəyə verib.

Bankdan Axar.az-a verilən məlumata görə, yeni konsepsiya əsasında təmir edilən filial Qobustan şəhəri, Yeni massiv 1, ev 11 ünvanında yerləşir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

“Kapital Bank”ın yeni konsepsiya əsasında təmir edilən Qobustan filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.08.15 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla