Yuxarı

Xırdalanda qazi evində bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda Vətən müharibəsi qazısı bıçaqlanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində baş verib.

Vətən müharibəsi iştirakçısı Rövşən müharibədən sonra aldığı baş-beyin travmalarına görə mütəmadi olaraq ağrıkəsici dərmanlar atırmış. O, müharibədə aldığı zədələrə görə əsəbi olduğundan ailəsindən də ayrılıb, tək yaşayırmış.

Bir müddət əvvəl evdə tək olan Rövşənin yenidən ağrıları başlayıb və o, dostlarını köməyə çağırıb. Nəcəf, Ozan və Nahid Rövşənə yardım etmək üçün gediblər. Onlar evə daxil olanda mənzilin dağınıq olduğunu görüblər və Rövşənin evini səliqəyə salmağa başlayıblar. Bu vaxt Rövşənlə Ozan arasında mübahisə başlayıb və onlar əlbəyaxa olublar. Bu vaxt Ozan mətbəxdəki bıçağı götürərək Rövşənə beş bıçaq zərbəsi endirib.

Rövşən digər dostlarının sayəsində xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Ozan Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilir.

Tərəflər arasında barışıq elan olunduğundan məhkəmə Ozanın cəzasını şərti hesab edir.

Tarix
2025.08.05 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla