Yuxarı

Azərbaycan bu ölkəyə meyvə ixrac edəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Dubaya səfəri davam edir.

Axar.az xəbər verir k, İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsinin birgə təşkilatçılığı ilə missiya iştirakçıları yerli məhsullarımızın Dubayın market və bazarlarında satışı imkanları və distributorluq məsələlərinin müzakirə olunduğu ikitərəfli görüşlərdə iştirak ediblər.

Nazirlikdən verilən məlumata görə, missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai”da da iştirak ediblər.

Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac potensialı” mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətlər barədə təqdimatlar keçirilib.

Sərgi zamanı Azərbaycan məhsulları da nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.

İxrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC” şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya” və "Lulu” marketlər şəbəkələri və "Al-Ghamdi” trading şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood” şirkəti nar şirəsinin və çayın, "Səba” ət məhsullarının, "Kerkom” və "Azəri-bal” şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya”, "Lulu”, "Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata” şirkəti nar şirəsinin Dubaya ixracına dair "Vit” şirkəti ilə ilkin razılığa gəlib. "Azprotein” şirkəti "Al-Tayeb” pərakəndə və topdansatış distributor şirkəti ilə və "Choitrams” marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.

İxrac missiyası çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar.

Tarix
2017.12.06 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla