Yuxarı

Rövnəq Abdullayev: Ciddi tədbirlər görülsə də... - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) Axar.az-a bildirilib ki, bu sözləri fevralın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə “Azəriqaz”da qarşıda duran vəzifələrə həsr olunan geniş müşavirədə deyib.

SOCAR-ın rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə “Azəriqaz” İB tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilib, prioritet istiqamətlər müəyyənləşdirilib və birliyin fəaliyyəti ətraflı təhlil edilib.

Müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir. Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır”.

Qeyd olunub ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsi 93 faizə çatdırılıb. Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi belədir ki, qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir.

R.Abdullayev çıxışında “Azəriqaz” İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməli olduğunu bildirib. Ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunub, cari ildə itki səviyyəsinin 7,9 faizə qədər endirilməsi başlıca hədəf kimi vurğulanıb.

Geniş məruzə ilə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev məlumat verib ki, 2010-2017-ci illərdə Azərbaycan ərazisində yaşayış məntəqələrinin genişmiqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. O qeyd edib ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10 min 536 kilometr təşkil edirdisə, birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində isə 48 min 558 kilometr yeni qaz kəmərləri çəkilib, 9 min 101 kilometr müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu günə qədər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Hazırda “Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir.

Ə.Hacıyev “ASAN Kommunal” mərkəzinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verərək qeyd edib ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.

Tarix
2018.02.05 / 18:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla