Yuxarı

BVF iqtisadi geriləmə proqnozu verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BVF iqtisadi geriləmə proqnozu verdi

ABŞ-da baş verən iqtisadi zəifləmə ümumi göstəricinin 0,3 vahid azalmasına gətirib çıxarıb.

Axar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) hər il olduğu kimi, 2014-cü il üçün də iqtisadi artım proqnozunu yayıb. Açıqlanan rəqəmlər qurumun ilin əvvəlində bu il üçün verdiyi proqnozdan fərqlənib. Belə ki, qurum qlobal iqtisadi artımın 3,7% olacağını bildirsə də, son açıqlamalarda bu rəqəm 3,4%-lə ifadə edilib.

BVF rəsmiləri bu hesabatı şərh edərkən ABŞ iqtisadiyyatında baş verən geriləməni əsas səbəb kimi göstərirlər.

Qurumun bu rəqəmlərlə bağlı digər bir həyəcan siqnalı isə həmin situasiyanın uzun müddət davam edə biləcəyi ilə bağlıdır. Rəsmi məlumatlara görə Beynəlxalq Valyuta Fondu (BVF), 2014-cü ilə dair qlobal iqtisadi artım proqnozunu 3,7%-dən 3,4%-ə salıb.

Rəsmi məlumatlara görə bu qərara, ABŞ iqtisadiyyatında birinci rübdə baş vermiş geriləmə təsir göstərib. BVF-nin "Qlobal İqtisadi Perspektivlər" adlı hesabatında göstərilir ki, aşağı faiz dərəcələrinə və yüksək səviyyəli təşviqata baxmayaraq, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə normallaşma prosesi çox ləng gedir. Bu səbəbdən, qlobal böyümə uzun müddət ləngiyə bilər.

Tarix
2014.07.25 / 19:00
Müəllif
Tural İbadov
Digər xəbərlər

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla