Abşeron çimərliklərində gözlənilən hava şəraiti
13:43
| Ana səhifə Planet |
|
Rusiyanın Rostov şəhərində baş verən güclü qasırğa ağır fəsadlara səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Skryabin məlumat verib.
Məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qasırğa və leysan yağışları Rostov vilayətinin bir sıra şəhərlərində infrastrukturun işini iflic edib. Rostov, Azov, Bataysk, Taqanroq və Şaxtı şəhərlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Novoçerkasskda isə su təchizatında problemlər qeydə alınıb.
|
Tarix
2026.07.26 / 12:57
|
Müəllif
Axar.az
|