Yuxarı

Qərb məni heyrətləndirib, Rusiya 4 min tank itirib və...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb məni heyrətləndirib, Rusiya 4 min tank itirib və...

Ukraynadakı müharibə NATO-nu müdafiəyə yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur edib. Qərb üçün əsas çağırış böyük həcmdə silah istehsal etmək qabiliyyətini bərpa etməkdir.

Axar.az xəbər verir ki, bu fikri NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş baş komandanı Kristofer Kavoli “Boots on the Ground” podkastına müsahibəsində bildirib.

Kavolinin sözlərinə görə, Ukraynaya göstərilən yardım səbəbindən NATO ölkələrinin silah ehtiyatlarının nə qədər sürətlə tükənməsi və Qərbin müdafiə-sənaye bazasının bu ehtiyatları operativ şəkildə bərpa etmək iqtidarında olmaması onu heyrətləndirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ABŞ və Avropanın istehsal imkanlarının genişmiqyaslı müharibə üçün deyil, sülh dövrü üçün hesablandığını nümayiş etdirib. Xüsusilə artilleriya sursatlarının çatışmazlığı çox sürətlə yaranıb. Məhz buna görə, Kavolinin fikrincə, NATO-nun qarşıdakı illər üçün əsas strateji vəzifələrindən biri Ukraynada baş verdiyi kimi, silahları kütləvi şəkildə istehsal etmək və innovasiyaları sürətlə tətbiq etmək qabiliyyətini bərpa etməkdir.

“Rusiya bu müharibədə 4 mindən çox əsas döyüş tankını itirib. 4 min. Müqayisə üçün deyək ki, Böyük Britaniyada onların sayı təxminən 200-dür və ölkə bunu təxminən 150-yə qədər azaltmağı planlaşdırır. Fransada fəaliyyətdə olan tank parkı təxminən 220 ədəddir. Kanadada isə 74 tank var. Rusiya böyük bir müttəfiqin bütün tank parkından dəfələrlə çox tank itirib və buna baxmayaraq, itkilərini kompensasiya edib”, – Kavoli bildirib.

Tarix
2026.07.26 / 10:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla