Yuxarı

Bitkoinlə bağlı gözlənilməz proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitkoin haqqında indiyədək çoxlu sayda qiymət proqnozu verilib. Bu təxminlərin bəziləri aşağı məbləğlərə işarə edir, bəziləri isə BTC investorlarını qıcıqlandırır. Peter Şiffin son bitkoin proqnozu da bu qəbildəndir.

Peter Şiff maliyyə dünyası ilə bağlı qiymətləndirmələri ilə tanınan mütəxəssisdir. O, bitkoin haqqında gözlənilməz proqnoz verib. Bitkoinin qiymətinin tezliklə 1000 dollardan da aşağı düşəcəyini bildirən mütəxəssis hamını təəccübləndirib.

"Joe Rogan Experience” adlı onlayn proqramın qonağı olan Şiff bitkoini tənqid edib. "Euro Pacific Capital” şirkətinin CEO-su Peter Şiff aparıcı kriptovalyutanın nadirliyinə, istifadəsinə və dəyərinə münasibət bildirib.

Bitkoin nadir deyil

Bitkoini sərt tənqid edən Şiff onun nadir olduğuna da inanmır. O, bu fikirləri səsləndirib:

"Yalnız 21 milyon bitkoinin olacağını və bu durumun bitkoini nadir hala gətirəcəyini düşünürlər. Bitkoində qeyri-adi nəsə yoxdur. Bazarda kifayət qədər kriptovalyuta var. Onlar nadirdir, çünki belə kodlaşdırılıb. Qızıl isə həqiqətən nadirdir”.

Bitkoinin real dəyəri yoxdur

Şiffin fikrincə, bitkoinin həqiqi bir dəyəri yoxdur. Mütəxəssisin bununla bağlı açıqlaması belə olub:

"Bitkoinin edib, hər hansı bir kriptovalyutanın edə bilməyəcəyi bir şey yoxdur. Qızılın dəyərini göstərə bilən bir çox cəhəti deyə bilərəm. Bitkoin ilə edə biləcəyiniz tək detal onu başqasına verməkdir. Bitkoinin əsas məqsədi də budur”.

Reallıq budur ki, Şiffin kriptovalyutalarla bağlı bəzi mətləblərdən xəbəri yoxdur. Bitkoin dünyanın əksər hissəsində ödəniş vasitəsi kimi qəbul edilir. Bəzi dövlət qurumları vətəndaşlara BTC ilə vergiləri ödəməyə icazə verirlər.

Kripto.az

Tarix
2018.07.22 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla