Yuxarı

“Kapital Bank”da ahıl “Könüllülər”in də məzun günü keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Kapital Bank” yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.

Axar.az xəbər verir ki, ötən il, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə paytaxt filiallarında, həmçinin təqaüdçülər müştərilərə xidmət göstəriblər. 3 aylıq proqramda iştirak edən təqaüdçülər “Yaşa” Mərkəzinin üzvləri arasından seçilib.

9 dekabr tarixində təqaüdçü “Könüllülər” üçün məzun günü keçirilib, iştirakçılara müvafiq sertifikatlar və hədiyyələr təqdim edilib. “Könüllülər” proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərə xidmət göstəriblər və onlara bank əməliyyatlarını həyata keçirməkdə köməklik ediblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.

Qeyd edək ki, “Yaşa” Mərkəzi "Kapital Bank"ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 300-dən artıq fəal üzvü var və hər layıhə üzrə 40-50 nəfər qoşularaq, təlimlərdə iştirak edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.01.10 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla