Yuxarı

Rusiya SOCAR-a yarım milyardlıq kredit ayırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprombank" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

APA-nın məlumata görə, R. Abdullayev SOCAR-ın son dövrdə əldə etdiyi nailiyyətlərdən danışıb, qarşıdakı illərdə həyata keçiriləcək regional və qlobal əhəmiyyətli layihələr haqqında məlumat verib.

Öz növbəsində, A. Akimov Azərbaycanın enerji sektorunda böyük irəliləyişlər əldə olunduğunu qeyd edib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını, buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.

Sonra Azərbaycan prezidentinin sərəncamı əsasında Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar keçirilib.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin və Dövlət Neft Şirkətinin məsul şəxsləri tərəfindən təqdim olunan layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırki gedişi haqqında qonaqlara ətraflı məlumat verilib. Layihələr "Qazprombank" ASC-nin təmsilçilərində maraq doğurub.

Daha sonra SOCAR-la "Qazprombank" ASC arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədilə həyata keçirilən bu layihəyə "Qazprombank" ASC tərəfindən 420 mln. dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

İmzalanmadan sonra çıxış edən "Qazprombank" ASC İH-nin sədri A. Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir. Tədbirdə o da qeyd olunub ki, "Qazprombank" ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit limiti açılıb.

Tarix
2014.12.13 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla