Yuxarı

Əhalinin əmanəti daha çox hansı valyutadadır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin əmanəti daha çox hansı valyutadadır?

Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.

Tarix
2019.07.17 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla