Yuxarı

İqtisadçıdan 2 mühüm təklif: inflyasiya dərəcəsi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadçıdan 2 mühüm təklif: inflyasiya dərəcəsi...

Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq, ölkə üzrə orta aylıq nominal əmək haqqıdakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılması ilə bağlı etdiyimiz təklif qəbul olunub.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzinin qəbul edilən daha bir təklifi ilə bağlı danışarkən deyib.

İqtisadçı bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edir:

“Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi. Təbii ki, bəzi illərdə nominal orta aylıq əmək haqqıdakı artım inflyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq inflyasiya səviyyəsi əmək haqqı artımından daha çox olur və bu indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə inflyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əmək haqqıda artım 5,7 faiz olmuşdu. Prezidentin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə dünən imzaladığı fərmana əsasən qanunun “Əmək pensiyalarının indeksləşdirilməsi” ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib. Belə ki, yeni dəyişikliklərə görə, sığorta olunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin inflyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq”.

V.Bayramov beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki mühüm məsələnin nəzərə alınmasını təklif edir:

“Əvvəla, əmək pensiyasının sığorta hissəsi ya inflyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, inflyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi inflyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir”.

Tarix
2019.08.15 / 16:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci bir şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

Əli Əsədov Sonderslə görüşdü

Bayramov ÜGT-nin baş katibi ilə görüşdü - Foto

Onlarla mübarizəmiz daimi olacaq - İlham Əliyev

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla