Yuxarı

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nizami rayonu, "AzərSuTikinti" xəstəxanasında, Qaradağ rayonu, 300 saylı körpələr evi-uşaq bağçasında, Suraxanı rayonu, 42 saylı şəhər poliklinikasında, Yasamal rayonu, 3 saylı şəhər poliklinikası və “Milli Onkologiya Mərkəzi”ndə, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində və Abşeron rayonu, Saray qəsəbə 14 nömrəli körpələr evi–uşaq bağçasında, Gəncə RM tərəfindən Tovuz rayonu, Qovlar Şəhər Ailə Sağlamlıq Mərkəzində və Tovuz rayonu, Bozalqanlı kənd həkim məntəqəsində, Şimal-Qərb RM tərəfindən Oğuz rayonu, “AFRA” otelində, Aran RM tərəfindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Göyçay şəhər 7 nömrəli körpələr evi-uşaq bağçasında, Muğan RM tərəfindən “Azerbaijan Fish Farm” MMC-nin Neftçala rayon Nərə Damazlıq Təsərrüfatında, Qarabağ RM tərəfindən Tərtər şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında, Cənub RM tərəfindən Daxili Qoşunların “N” saylı hərbi hissəsində və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal RM tərəfindən Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Tarix
2026.07.13 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

Əli Əsədov Sonderslə görüşdü

Bayramov ÜGT-nin baş katibi ilə görüşdü - Foto

Onlarla mübarizəmiz daimi olacaq - İlham Əliyev

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla