Yuxarı

Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərinə ikitərəfli tərəfdaşlığı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq fürsəti kimi baxır.

Axar.az xəbər verir ki, bu barədə Slovakiya lideri X hesabında yazıb.

"Azərbaycana yola düşürəm. Ölkələrimiz möhkəm münasibətlər qurub. Bu səfər bu etimadı energetika, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir", - o bildirib.

Peter Pelleqrini vurğulayıb ki, səfər çərçivəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Slovakiya üçün yeni imkanların yaradılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüş keçirəcək.

Qeyd edək ki, iyulun 13-də Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində energetika, ticarət, nəqliyyat, texnologiyalar sahələrində əməkdaşlığın inkişafı və Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpası layihələrində iştirakı məsələlərinə dair danışıqların aparılması planlaşdırılır. Həmçinin Slovakiya-Azərbaycan biznes forumu keçiriləcək.

Tarix
2026.07.13 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla