Yuxarı

Kapital Bank Azərbaycanın “Ən Güvənli Bank”ı seçildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank Azərbaycanın “Ən Güvənli Bank”ı seçildi

Məşhur Global Finance jurnalı 2019-cu il üçün dünyanın 110 ölkəsində ən güvənli və təhlükəsiz bankların siyahısını müəyyən edib. Keçirilən sorğu nəticəsində Kapital Bank Azərbaycanın “Ən Güvənli Bank”ı (“The Safest Bank in Azerbaijan for 2019”) adına layiq görülüb.

Axar.az xəbər verir ki, banklar Moody’s, Standard & Poor’s və Fitch Ratings kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər. Sorğuda Qərbi, Mərkəzi və Şərqi Avropa, Şimali Amerika, Latın Amerikası, Yaxın Şərq, Asiya, Avstraliya və Afrika ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.

Artıq 20 ildən çoxdur ki, Global Finance jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanır. Siyahının tərtib edilməsində əsas məqsəd ölkələr üzrə ən təhlükəsiz bankları müəyyən etmək və maliyyə qurumlarına gələcəkdə əməkdaşlıq üçün dayanıqlı tərəfdaşın seçilməsində yardım göstərməkdir.

Qeyd edək ki, bu ilin əvvəli Kapital Bank bu ilin əvvəli Global Finance jurnalı tərəfindən “Ən yaxşı ticarət maliyyəçisi” (“Best Trade Finance Providers”) mükafatına layiq görülüb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.10.04 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla