Yuxarı

Yeni yol: Azərbaycanın gəlirləri 5 dəfə artacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni yol: Azərbaycanın gəlirləri 5 dəfə artacaq

Bir neçə gündən sonra İranın Gilan vilayətindəki bağlardan subtropik meyvələrin yığımı və ixracı başlayacaq.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Fermerlər Birliyinin Gilan vilayəti üzrə təmsilçisi Əli Dədrcani verib. O bildirib ki, Gilan vilayətinin coğrafi vəziyyəti əlverişli olduğu üçün yığılan məhsulun ixracı asandır. Bu vilayət Azərbaycan Respublikası ilə həmsərhəddir və subtropik meyvələr Azərbaycan ərazisindən keçməklə Rusiyaya ixrac ediləcək. Cari ildə İranın Talış, Astara və Rudbar bölgələrinin bağlarında 180 min ton kivi yetişdirilib. Bu məhsulun 90 faizi Rusiyaya göndəriləcək.

Xatırladaq ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istifadəyə verildikdən sonra İranın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artıb. Dəmir yolu çəkilməmişdən öncə İran ixrac əməliyyatlarını yük maşınları ilə həyata keçirirdi. Bu isə həm baha başa gəlir, həm də vaxt itkisinə səbəb olurdu. Meyvə tez xarab olan məhsul olduğu üçün bazara tez çatdırılması lazımdır. İran və Azərbaycanı birləşdirən 8 kilometrlik dəmir yolu istismara buraxıldıqdan sonra bu problem aradan qalxıb. İranın Astara gömrüyündən keçməklə məhsul ixracının artması Azərbaycanın tranzit gəlirlərinin də artmasına səbəb olur.

Gələcəkdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu tam istifadəyə verildikdən sonra İranın digər vilayətlərindən, eləcə də Cənub-Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya ixrac olunan yüklər də məhz Azərbaycan ərazisindən keçməklə daşınacaq. Hələlik isə yolun Qəzvin-Rəşt hissəsi istismara verilib, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol istismara verildikdən sonra Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq.

Tarix
2019.10.06 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

İranda yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

Prezident Omanın Sultanını təbrik etdi

Azərbaycan bu platformaya qoşulacaq - Herbst

Bakıda mühüm forum keçirilir

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla