Yuxarı

ABB yeni kart məhsulu olan Tamkartı təqdim etdi!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB yeni kart məhsulu olan Tamkartı təqdim etdi!

Azərbaycan Beynəlxalq Bankı müştərilərin arzularını tamamlayan çoxfunksiyalı Tamkart məhsulunu təqdim edib. Oktyabrın 10-da “Fairmont Baku” otelində bank menecmentinin, tərəfdaşların, müştərilərin, media nümayəndələrinin iştirakı ilə Tamkartın təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə məlumat verilib.

Axar.az xəbər verir ki, Tamkartın əsas özəlliyi onun özündə eyni anda iki kartı - debet və kredit kartlarını birləşdirən dual kart olmasıdır. Tamkart sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkart əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İnnovativlik, müasir bankçılıq həllərinin tətbiqi, ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına dəstək bu gün bizim əsas strateji hədəflərimizdəndir. Son dövrlər bu sahədə bir sıra nailiyyətlərimiz olub. Tamkart məhsulunu müştərilərimizin istifadəsinə verməyimiz də bu nailiyyətlərin davamıdır. Ümid edirik ki, bu müştəriyönümlü məhsulumuzun üstünlüklərindən hər kəs faydalana biləcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.10.11 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

Azərbaycan bu ölkəyə 75 milyonluq yardım edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla