Yuxarı

Azərbaycanın maliyyə sektoruna dair proqnoz açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın maliyyə sektoruna dair proqnoz açıqlandı

“Mudis” reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2” səviyyəsində təsdiqləyib. Hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Axar.az-a bildirilib ki, böyükhəcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Mudis” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilib.

Həmçinin hesabatda qeyd olunub ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlılığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.

“Mudis” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd edib. Agentliyin qiymətləndirməsinə əsasən, fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.

Qeyd edək ki, “Mudis” reytinq agentliyi Azərbaycanın maliyyə sektorunda aparılan islahatlar barədə mütəmadi olaraq qiymətləndirmə aparır və agentliyin daha əvvəl açıqladığı hesabatında hökumətin problemli kreditlərin həlli istiqamətində təşəbbüsü yüksək qiymətləndirilib.

Tarix
2019.10.11 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla