Yuxarı

Azərbaycan-BƏƏ IV ticarət məclisi keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-BƏƏ IV ticarət məclisi keçirildi

Noyabrın 12-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri, digər qurumların təmsilçiləri, hər iki tərəfdən biznes nümayəndələri iştirak ediblər.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi ticarət məclisinin tərəfdaşlarının sayının ildən-ilə artdığını, hazırda məclisdə 50 şirkətin təmsil olunduğunu bildirib.

Diplomat Azərbaycan və BƏƏ iş adamlarının əməkdaşlığından da danışıb.

Nazir Sultan bin Səid əl-Mansuri çıxışında bildirib ki, hər iki ölkənin şirkətləri müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı təqdim edirlər. Bundan başqa, ölkələrimiz arasında qeyri-neft sektorunda ticarət əlaqələri sürətlə inkişaf edir.

Nazir Mikayıl Cabbarov iki ölkə arasında əlaqələrin tarixi köklərə əsaslandığını deyib. O, ticarət əlaqələrimizin gücləndiyini, lakin hələ daha çox iş görülməli olduğunu qeyd edib. İqtisadi əməkdaşlığın təşviq olunacağını vurğulayan nazir turizm sektorunda da ciddi artımların müşahidə edildiyini söyləyib. Bildirib ki, son dövrlərdə ticarət dövriyyəsi artıb. İqtisadi əlaqələrin genişlənməsi investorların da fəaliyyətinə mühüm təsir göstərib.

Mikayıl Cabbarov ticarət məclisinin ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platforma olduğunu bildirib. O, həmçinin Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə məlumat verib,

Qeyd edək ki, ticarət məclisində BƏƏ tərəfdən 20-dən çox nümayəndə iştirak edib.

Tarix
2019.11.12 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla