Yuxarı

Ekspertdən həyəcan: “Əmanətlər dollarlaşır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dekabr ayı ölkə iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib".

Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.

Onun sözlərinə görə, vəsaitlərin dollara çevrilməsinin səbəbi Rusiya amili və manatın devalvasiyasıdır:

"Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərini dollara çevirməyə vadar edib.

Dekabrda manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması qeydə alınıb. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5%-ə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2% idi.

Diqqəti cəlb edən digər məqam qısamüddətli əmanətlərin artımıdır. Yatırılan əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik vətəndaşları qısa müddətli yatırıma sövq edib. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 milyon artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60.2%-dən 60,4%-ə yüksəlib.

Ümumən götürdükdə isə ötən il əmanətlərin həcmi 792,6 milyon manat və ya 12,4% artaraq 7188,4 milyon manata çatıb. İl ərzində həm milli, həm də xarici valyuta üzrə artım baş verib.

Bu tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta qədər davam edəcək. Sonrakı proseslərdən, o cümlədən neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər".

Tarix
2015.02.05 / 13:41
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla