Yuxarı

“Əhali bunun təsirini o qədər də hiss etməyəcək”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əhali bunun təsirini o qədər də hiss etməyəcək”

"Manat MDB-də yeganə öz dəyərini qoruyub saxlayan milli valyutadır. Elə ölkələr var ki, onların milli valyutaları hazırda 70, 80 və hətta 90 faizədək düşüb".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Mərkəzi Bankın manatın məzənnə siyasətində iki valyutalı səbət prinsipinə keçməsinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, məzənnə siyasətində iki valyutalı səbət rejiminə keçilməsi əslində çoxdan gözlənilən idi:

"Manatın məzənnəsi ilə əlaqədar hazırda iki problem var. Birincisi, manatın qorunub saxlanılması ölkə əhalisi üçün çox vacibdir. Çünki bu, birbaşa alıcılıq qabiliyyətinə təsir edir. İkincisi, belə uzun müddətdə ucuz saxlamaq əlbəttə ki, mümkün deyil. Ona görə ki, dünyada çox ciddi iqtisadi böhran gedir və manatın məzənnəsinin qorunub saxlanılması Azərbaycanın ixracyönümlü məhsullarının istehsalına təsir göstərir. Buna görə də yəqin ki, müəyyən müddət dollar və avro ilə əlaqədar koridor müəyyən ediləcək. Bu koridor boyunca da manatın məzənnəsi ilə bağlı dəyişikliklər olacaq. Ancaq hesab edirəm ki, elə də ciddi dəyişikliklər baş verməyəcək. Bu koridor yumşaq şəkildə həyata keçiriləcək ki, əhali bunun təsirini o qədər də hiss etməsin".

V.Əhmədov bu prinsipin ixarcyönümlü məhsulların istehsalı üçün çox vacib olduğunu qeyd edib:

"Düzdür, ixracımız əsasən neft və neft məhsullarıdır. Buna baxmayaraq, son zamanlar Azərbaycanda qeyri-neft sektorunda müəyyən qədər inkişaf var. Bu məhsullarının ixracını artırmaq üçün manatın hazırkı səviyyədə saxlanılmasının çox böyük əhəmiyyəti olacaq. Yəni daha çox məhsul ixrac etmək imkanı olacaq. Çünki manat nə qədər qorunub saxlanırsa, ixracyönümlü məhsulların ixracı da bir o qədər azalır".

Tarix
2015.02.17 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla