Yuxarı

Azərbaycan Nəşriyyatına pul ayrılmamasının səbəbi bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Nəşriyyatına pul ayrılmamasının səbəbi bəlli oldu

Azərbaycan Nəşriyyatı MMC-nin işi dövlət qəzetlərinin çapı ilə məhdudlaşmır. Nəşriyyat öz fəaliyyətini davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a “Azərbaycan Nəşriyyatı”ndan məlumat verilib.

Bildirilib ki, əvvəlki illərdə Azərbaycan Nəşriyyatına dövlət büdcəsindən dövlət sifarişinin icrası – “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” və “Azərbaycan” qəzetlərinin çapı üçün maliyyə vəsaiti ayrılırdı. 2026-cı ildən etibarən isə bu vəsaitin birbaşa qəzetlərə ayrılacağı planlaşdırılır:

"Azərbaycan Nəşriyyatı MMC digər istiqamətlər üzrə dövlət büdcəsindən vəsait almır. Yəni söhbət yalnız yuxarıda qeyd olunan qəzetlərin çapı üçün ayrılan vəsaitdən gedir. Azərbaycan Nəşriyyatı MMC-nin işi dövlət qəzetlərinin çapı ilə məhdudlaşmır. Nəşriyyat öz fəaliyyətini davam etdirəcək”.

Qeyd edək ki, gələn il dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmayan qurumların siyahısı açıqlanıb. Həmin qurumlar sırasında Azərbaycan Nəşriyyatı da yer alıb.

Tarix
2025.11.04 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər

1992-ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... – Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla