Yuxarı

Tamkart istifadəçiləri üçün şəxsi kabinet istifadəyə verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi Tamkart sahibləri öz kart hesablarına və alış-verişlərinə yeni istifadəyə verilmiş Şəxsi kabinet xidməti vasitəsilə 24 saat ərzində onlayn nəzarət edə biləcəklər. Azərbaycan Beynəlxalq Bankı yeni məhsullarından olan Tamkartın sahibləri üçün şəxsi kabinet yaradıb. Tamkart istifadəçiləri indiyə qədər Bankın IBAm mobil əlavəsi vasitəsilə bütün kart əməliyyatlarını nəzarətdə saxlaya bilirdilər. Şəxsi kabinet isə müştərilərə bu əməliyyatlardan əlavə, ümumi borc, əsas borc, ona hesablanmış faizlər, ödənilməli olan məbləğlər, bankla tərəfdaş ticarət-xidmət müəssisələrində aparılmış taksit əməliyyatları, onların ödənişləri və s. barədə digər zəruri məlumatları da anında əldə etmək imkanı verir.

Axar.az xəbər verir ki, bu yeni imkandan yararlanmaq üçün https://cabinet.tamkart.az saytını açmaq və Şəxsi kabinet bölməsinə daxil olmaq kifayətdir. Şəxsi kabinetdə Tamkart üzrə məlumatlara baxmaq üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Tamkart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil telefon nömrəsini və istifadəsində olan Tamkartın son 4 rəqəmini Şəxsi kabinet bölməsində tələb olunan xanalara daxil etməsi kifayətdir. Şəxsi kabinet gələcəkdə bankın IBAm mobil əlavəsinə də inteqrasiya olunacaq. Tamkart istifadəçiləri şəxsi kabinetlərindəki həmin məlumatları IBAm-dan əldə edə biləcəklər.

Tamkartın əsas özəlliyi isə onun eyni anda iki kartı - debet və kredit kartlarını özündə birləşdirməsidir. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 24 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək və kartı sifariş vermək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2020.01.27 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla